“Liverpul”un baş məşqçisi Yurgen Klopp çempionluq təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, "SKY Sport"un canlı yayımına bağlanaraq hisslərini bölüşən alman mütəxəssis göz yaşlarını saxlaya bilməyib:
“Bu, inanılmazdır. Kenni Dalqlişin bizə nə qədər dəstək olduğunu bilirəm. Bu çempionluğu ona və 30 ildir gözləyən Stiven Cerrarda həsr edirik. Oyunçular onlarla fəxr edir. Bu adların hesabına futbolçuları əlavə motivasiya etməyə ehtiyac olmur. “Mançester Siti”nin oyunu çox gərgin idi. Özümü ələ almaq istəyirdim, amma mümkün olmurdu. Bu, oyunçularım üçün inanılmaz bir uğurdur və onların məşqçisi olmaqdan çox məmnunam. Düzdür, mən bu kuboku 30 il gözləməmişəm. Ancaq 4 ildir buradayam, nəhayət bu uğuru qazandıq. Ciddi nəticədir. Xüsusən də 3 aylıq fasilənin ardından eyni cür çıxış etmək vacib idi. “Kristal Pelas”la görüş (4:0) hər şeyin yaxşı olacağına işarə idi. Azarkeşlər bunu bir daha hiss etdi. Evdə olsalar da, çempionluqdan məmnundurlar”.
Qeyd edək ki, “Mançester Siti”nin dünən “Çelsi”yə məğlub olmasının ardından (1:2) “Liverpul” mövsümün sonuna 7 tur qalmış çempionluğunu elan edib.