"Çelsi" klubunun ispaniyalı futbolçusu Pedro Rodriqez "Roma" ilə anlaşıb.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə artıq şəxsi razılıq əldə edib.

O, mövsümün sonunda azad agent olaraq "canavarlar"ın heyətinə qoşulacaq.

Qeyd edək ki, "Çelsi" Pedro və Villianla 3 aylıq yeni müqavilə imzalayıb.

Əlavə edək ki, Villian Borqeşlə "Arsenal" klubu yaxından maraqlanır.