"Vulverhempton"un hücumçusu Raul Ximenes karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Real" və "Barselona" 29 yaşlı forvarda elçi düşüb.
La Liqa nəhəngləri Meksika millisinin forvardı uğrunda "Mançester Yunayted", "Arsenal" və "Yuventus"la mübarizəyə qoşulub. "Yuventus" hətta Ximenesin argentinalı hücumçusu Qonsalo İquainlə dəyişdirilməsini təklif edib. "Vulverhempton" isə sabiq "Atletiko"lu qolçunun transferindən minimum 20 milyon funt-sterlinq qazanmağı hədəfləyir.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Vulverhempton"un futbolçusudur.