"Mançester Siti" ispaniyalı yarımmüdafiəçi David Silvaya əvəzedici tapıb.

Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, İngiltərənin hazırkı çempionları "Milan"ın yarımmüdafiəçisi İsmayıl Bennaseri əldə etmək istəyirlər.

Xatırladaq ki, Bennaser A Seriyasının cari mövsümündə 20 matç keçirib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.