Londonun "Çelsi" klubu hücumçusu Olivye Jiru və qapıçı Villi Kabalyero ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, hər iki oyunçu ilə bu yay başa çatacaq müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, 33 yaşlı Jiru 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi 76 matçda 21 qol vurub.