“Çelsi”nin qapıçısı Tibo Kurtua yayda klubunu dəyişmək niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, Kurtua ən azı gələn mövsümü də “Çelsi”də keçirəcək. Bu barədə qapıçı özü məlumat verib:
“Müqaviləyə görə hələ bir il də “Çelsi”də qalmalıyam. Burda özümü əla hiss edirəm. Mövsümün sonunda danışıqlar stolu arxasında oturub, gələcəyim barədə söhbət edəcəyik.
İndi isə çox sakitəm, bilirəm ki, növbəti mövsümdə də “Çelsi”də olacam. “Çelsi” ilə yeni müqavilə bağlayacağımdan, yoxsa müqavilənin bitməsinin başa çatmasını gözləyəcəyimdən asılı olmayaraq, dünya çempionatına aydın başla gedirəm”.