İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi postuna namizədlər siyahısında yer alan daha bir mütəxəssisin adı müəyyənləşib

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanın tərtib etdiyi siyahıya Yulian Naqelsman daxil edilib.

Newcastle next manager: Four bosses on wishlist as new name ...

O, Massimiliano Alleqri, Rafael Benites və Maurisio Poçettinodan sonra namizədliyi nəzərdən keçirilən 4-cü mütəxəssisdir. Naqelsman hazırda Almaniyanın “Leypsiq” klubunu çalışdırır. O, 2019-cu ildən bu vəzifədədir.

Qeyd edək ki, “Leypsiq” Bundesliqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.