“Uotford” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, "Marallar" Fransanın “Havr” klubundan Pape Queyeni transfer edib.
21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Lakin müqavilə iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Queye Fransanın 18 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarında çıxış edib.