"Mançester Siti" Qabriel Jesus haqda qərarını verib.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" braziliyalı hücumçunu satmaq niyyətində deyillər.

23 yaşlı forvardla "Yuventus" yaxından maraqlanırdı. "Qoca sinyora" braziliyalı üçün "Mançester Siti"yə rəsmi təklif də göndərmişdi. Baş məşqçisi Pep Qvardiola Qabrielin satılmasına razı olmayıb. İspaniyalı mütəxəssis rəhbərlikdən onun qalmasını tələb edib.
Qeyd edək ki, braziliyalı 2017-ci ildən şərəfini qoruduğu “Mançester Siti”də 139 oyuna 63 qol vurub və 25 məhsuldar ötürmə verib.