İngiltərənin "Stok Siti" klubu 21-ci əsrdə komandada forma geyinən ən yaxşı 10 qapıçının adı açıqlanıb.

Offsideplus.az "stokesentinel.co.uk" saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində bir müddət Qarabağ-da da forma geyinən Asmir Beqoviç yer alıb.

İkinci yerdə klubun digər qapıçısı Cek Butland, üçüncü isə karyerasını bitirmiş Tomas Sorensendir.

Hazırda icarə əsasında Milan-da çıxış edən Beqoviç 2010-2015-ci illər aralığında Stok City-nin uğurları üçün çalışıb. Bosniya və herseqovinalı qapıçı bu mövsümün ilk dövrəsini Qarabağ-da keçirib.