İngiltərə Premyer Liqasının rəhbərliyi çempionatın qalan oyunlarını keçirmək üçün variantları nəzərdən keçirir. 

Offsideplus.az  xəbər verir ki, "The Sun" nəşri oyunların azarkeşsiz və neytral meydanda təşkil edilə biləcəyini yazıb. Qalan 92 matç ABŞ-ın Midlend şəhərində keçirilə bilər. Bütün görüşlər canlı yayımlanacaq. Neytral meydan amili hakimlərin və polislərin sayını azaltmağa kömək edəcək.

Qeyd edək ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb. Pandemiyanın geniş yayılması səbəbindən müddətin uzanması istisna edilmir.