Karyerasını "Derbi"də davam etdirən Ueyn Runi maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçu "Mançester Yunayted"də çıxış edərkən Kriştiano Ronaldonu "McDonalds"a apardığını bildirib.
"Times"a müsahibə verən 35 yaşlı hücumçu portuqaliyalı ulduzun "Big Mac" sevdiyini qeyd edib:
"Mançester Yunayted"də çıxış edəndə oyunlara və məşqlərə Ronaldo ilə birgə gedirdik. Oyunlara getməmişdən öncə mütləq "McDonalds"da saxlayırdıq. Çünki Ronaldo "Big Mac" istəyirdi. O, çəki artırmaq istəyirdi. Çünki çox arıq idi. Məndən həmin yeməyi almaq üçün "McDonalds"a getməyimizi istəyirdi".