"Çelsi" hücumçusu Mişa Batşuayininin satış qiymətini açıqlayıb.

Offsideplus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, rəhbərlik 26 yaşlı belçikalıya 23 milyon avro qiymət qoyulub. London təmsilçisi transfer dönəmində futbolçu üçün daha yüksək məbləğ tələb edirdi. Ancaq gələn il oyunçunun müqaviləsi sona çatacağı üçün "zadəganlar" belə bir addım atıb. 

Qeyd edək ki, belçikalı cari mövsümdə "Çelsi”nin heyətində meydana çıxdığı 24 matçda 6 dəfə fərqlənib.