"Çelsi" klubunda bu mövsümün sonunda baş məşqçi dəyişikliyi baş verə bilər.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" hazırkı baş məşqçisi Frenk Lempardın fəaliyyətindən razı deyil. "Zadəganlar" bu vəzifəyə "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneni gətirməyi düşünür.

Həmçinin eyni hal Madrid təmsilçisində də yaşanır. 49 yaşlı mütəxəssisin mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal edilir.

Qeyd edək ki, "Çelsi" əvvəllər də D.Simeonenin xidmətində maraqlı olub, ancaq bu baş tutmayıb.