"Çelsi"nin futbolçusu Kristian Pulişiç zədələnib.
Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Frenk Lempard Premyer Liqanın XXII turunda "Bernli" ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında məlumat verib: "Pulişiç əzələsinə görə bir neçə həftə kənarda qalacaq. Bu, bizim üçün itkidir və üzülürük. Miladdan əvvəl bir az yorğunluqdan şikayətləndi. Ona görə də zədə qorxusu səbəbindən onu bir müddət heyətdən çıxartdım".
Qeyd edək ki, Pulişiç cari mövsümdə Premyer Liqada 16 matça çıxaraq 5 qol vurub, 2 qolun ötürməsini verib.