"Tottenhem"in yarımmüdafiəçisi Harri Uins komandasını dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayan İngiltərə millisinin üzvünün keçidində "Mançester Yunayted" maraqlıdır. Mourinyonun gəlişindən sonra cəmi 1 matçda iştirak edən oyunçunun "Mançester Yunayted"ə transferi bu ay reallaşa bilər.

Qeyd edək ki, Harri Uinks bu mövsüm Premyer Liqada 16 oyunda iştirak edib.