İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"u 1:0 hesabı ilə məğlub edən "Liverpul" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, kapitan Ceyms Milner qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğunu açıqlayıb: "Milner meydanı ağlayaraq tərk etdi. Çox güman ki, əzələsində problem yaşandı. Zədənin ciddi olduğunu düşünürük".

Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"ə qarşı keçirəcək.