"Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Olivye Jirunun yaxın vaxtlarda London klubunu tərk edə biləcəyini istisna etməyib.
Offsideplus.az “Sky Sports”a istinadla bildirir ki, Lempard hər şeyin müqavilə şərtlərindən asılı olacağını bildirib:
"Biz Olivye ilə əlaqə saxladıq və bu nəticəyə gəldik ki, o bu şərtlə gedə bilər ki, müqavilə onu, klubu, komandanı və məni razı salsın. Amma təkrarlamaq istəyirəm: şərtlər dörd tərəfin hamısını qaydaya salmalıdır. Görək, bundan nə alınacaq". .
Jiru "Çelsi"yə 2 il əvvəl "Arsenal”dan keçib. 33 yaşlı fransız cari mövsümdə 6 matç keçirib.
KİV-lər Jirunun Fransa çempionatına qayıdacağını yazır. Futbolçu "Nyukasl Yunayted"in də maraq dairəsindədir.