"Çelsi"nin futbolçusu Pedro Rodriqez yenidən "Barselona"ya qayıtmaq istəyir.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı cinah oyunçusu bu barədə özü etiraf edib. Bu mövsüm Frenk Lempardın "zadəganlar"ın baş məşqçi postuna gətirilməsindən sonra ispan futbolçu ehtiyatda qalır. O, indiyə qədər cəmi 10 oyunda meydana çıxıb ki, bunların da əksəriyyəti əvəzlənmə ilə olub.
Qeyd edək ki, Pedro 2015-ci ildə "Barselona"dan "Çelsi"yə transfer edilib.