"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi David Silvanın komandadan gedişi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, mövsümün sonunda 33 yaşlı ispaniyalı azad agent statusu daşıyacaq.

"Şəhərlilər"in baş məşqçisi Silvaya əvəzləyici axtarmaq barədə düşünmədiyini bildirib:

“Düşünmürəm ki, kimisə transfer edək. Bəlkə də fikrimi dəyişəcəm, hələ qarşıda altı ay var. Ancaq indi prioritetlərim başqadır. Əvəzləyici axtaracağımı düşünmürəm, heyətdə kifayət qədər oyunçumuz var. Bernardo bu mövqedə oynaya bilər, Fil, Gündoğan və Kevin də var. Bu gün üçün fikrim belədir. Mövsümün sonunda nə olacağını görərik. Bəzi futbolçular qərar qəbul etdikdə, bilirsən ki, o, qətidir. Uzun müddət Vincent Kompanini bir il daha qalması üçün fikrini dəyişdirməyə çalışmışdım, amma o getmişdi".