“Uotford” klubunun yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə Kike Sançes Floresi istefaya göndərən Premyer Liqa təmsilçisi Naycel Pirsona tapşırılıb. 56 yaşlı ingilis mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Pirson daha öncə ölkəsində “Sauthempton”, “Lester Siti”, “Hall Siti” və “Derbi Kaunti” klublarını çalışdırıb. Onun son iş yeri isə Belçikanın “Leuven” klubu olub.