"Çelsi" klubunun fransalı futbolçusu Olivye Jiru "İnter"ə keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu İtaliya klubuna transfer olunmağa razılıq verib. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanacağı gözlənilir.

"İnter"in Jiru üçün "Çelsi"yə 7 milyon avro ödəməyə hazır olduğu iddia olunur.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm 6 oyunda 1 qol vurub.