İngiltərə Premyer Liqasında 3-cü sırada yer alan “Çelsi”nin baş məşqçisi Frenk Lempardın futbolçulara tətbiq etdiyi cəzaların siyahısı açıqlanıb.

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Lempardın tətbiq etdiyi bu cəzaların komandanın inkişafında xüsusi rolunun olduğu bildirilir:

Oyun günü gecikmə – 2500 funt-sterlinq
Məşqə gecikmə – 2500 (hər 15 dəqiqə üçün 2500)
İsinmə hərəkətlərindən əvvəl idman zalına gecikmə – 1000
Müayinəyə gecikmə – 2500
Komandanın iclasına gecikmə – 500
Məşqə gec başlama – 20000
Komandanın yeməyində və ya iclasda telefon istifadə etmək – 1000
Oyundan sonra icazəsiz komandanın avtobusu ilə getməmək – 5000
Xəstə və ya zədəli oyunçunun bu haqda rəhbərliyə məşqdən 1,5 saat əvvəl xəbər verməməsi – 10000

 The rule sheet that has leaked online
v