"Arsenal"ın futbolçusu Qranit Caka komandasını dəyişməyə hazırlaşır.

Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, isveçrəli futbolçu yanvarda "topçular"la vidalaşacaq.

Azarkeşlərlə mübahisə etdiyi üçün kapitanlığı əlindən alan yarımmüdafiəçi ilə yolların ayrılması qərara alınıb. "Milan" futbolçu üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Qranit Caka "Arsenal"a 2016-cı ildə Mönhenqladbax "Borussiya"sından keçib.