İngiltərə Premyer Liqasının 10-cu turunun “Kristal Pelas”la oyununda (2:2) komandasının azarkeşlərini təhqir edən “Arsenal”lı Qranit Caka üzr istəyib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi “intagram” hesabından paylaşım edib. Caka, oyunda əvəzələnən zaman bəzi azarkeşlərə qarşı hörmətsizlik etdiyini və onlardan üzr istədiyini bildirib.
Caka bir müddət əvvəl “Arsenal”ın yeni kapitanı təyin olunub.