"Mançester Yunayted" rəhbərliyi komandanın iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, söhbət Deyli Blind və Eşli Yanqdan gedir.

Hər iki futbolçunun sözləşməsinin müddəti 1 illik uzadılıb. Bu isə o deməkdi ki, həm Blind, həm də Yanq 2019-cu ilin yayına kimi "mankunianlar"ın formasını geyinəcək.

Qeyd edək ki, Blind 2014-cü, Yanq isə 2011-ci ildən "Mançester Yunayted"də oynayır.

Mənbə: Futbol11.az