"Liverpul" müdafiəçisi Vircil van Deyklə yeni müqavilə imzalamağa hazırlaşır. 

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, bununla bağlı tərəflər arasında danışıqlar davam edir.

"Qırmızılar"ın təklif etdiyi yeni sözləşmə hollandiyalının maaşına da təsir edəcək. Belə ki, hazırda həftəlik maaşı 125 min funt-sterlinq olan van Deyk müsbət cavab versə, ikiqat çox - 250 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Vircil van Deyk "Liverpul"a ötən il 84,6 milyon avroya "Sauthempton"dan keçib.