"Derbi Kaunti" klubu "Di Si Yunayted"in futbolçusu Ueyn Runini transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb O, komandada oynayan-məşqçi olacaq. Runi "Derbi Kaunti"yə 2020-ci ilin yanvarında qoşulacaq.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2018-ci ildə "Everton"dan MLS liqası təmsilçisinə transfer olunmuşdu.