Yeni mövsüm "Çempionşip"də mübarizə aparacaq “Kardif Siti” klubu baş məşqçisi ilə bağlı önəmli qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqadan aşağı liqaya düşən klub rəhbərliyi yeni mövsümdə də baş məşqçi Neil Uornik ilə yola davam edəcək. Onlar bu barədə danışıqlardan sonra, qarşılıqlı razılaşma əldə etdilər. Niel Uornikin əsas vəzifəsi yenidən klubu Premier Liqaya yüksəltmək olacaq.
Qeyd edək ki, Niel Uornik 2016-cı ildən "Kardiff Siti" klubunun baş məşqçisidir.