"Vest Bromviç”in 4 futbolçusu taksi qaçırıb.

Offsideplus.az xəbər verir ki, onlar maşın oğurluğunu Barselona toplanışı zamanı otelə vaxtında çatmaq üçün edib. Qanun pozucuları Qaret Berri, Boaz Mayhill, Ceyk Livermor və Conni Evans olub. Artıq klubdan, azarkeşlərdən və ictimaiyyətdən üzr istəyən "qəhrəmanlar” bu addımı məcburiyyətdən atdıqlarını bildiriblər.

İşlə bağlı araşdırmalar aparılır. Futbolçulara hansı cəzanın veriləcəyi isə hələ dəqiqləşməyib.