“Liverpul”un futbolçusu Alisson Bekker, yay transfer pəncərəsi dövründə “Çelsi”dən təklifin olmasına baxmayaraq, “Liverpul”u seçməsinin səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatına danışan braziliyalı qolkiper, keçidiylə bağlı bunları deyib:

“O vaxtlar nə üçün “Roma”nı seçmişdimsə, indi də “Liverpul”u ona görə seçdim. “Çelsi” tez-tez məşqçi dəyişirdi, həm də Çempionlar Liqasında yox idilər. “Liverpul”un tarixinə heyran qalmışdım. “Liverpul” 5 dəfə Çempionlar Liqasını qazanıb. Mən də bu tarixin bir parçası olmaq istəyirəm. Ötən mövsüm “Roma”yla ÇL-i qazanmağa yaxın idik. İndi bu uğura “Liverpul”da nail olmaq istəyirəm. Xəyallarım üçün mübarizə aparmayacamsa, yaşamağın mənası nədir? Ən böyük arzum ÇL-də qalib olmaqdır”.

Alisson yay transfer pəncərəsi dövründə 73 milyon avro qarşılığında “Roma”dan “Liverpul”a keçib.