İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisi Ule QunnarSulşerin rəhbərliyi altında transferlərə 50 milyon funt sterlinq xərcləyəcək.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, klub rəhbərliyi qış transfer pəncərəsində müdafiə və yarımmüdafiənin sağ cinahını gücləndirmək niyyətindədir. 

İngiltərə nəhəngi "Tottehhem"dən Tobi Alderveyreld, İtaliya "Napoli"sindən Kalidi Klubali və Portuqaliya "Portu"sundan Eder Militao kimi müdafiəçilərlə yanaşı, İtaliya "Yuventus"undan cinah oyunçusu Duqlas Kosta ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Mançester Yunayted" Ule Qunnar Sulşer ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. O, bu postdaJoze Mourinyonu əvəzləyib.