“Everton”un hücumçusu Ueyn Runi İngiltərənin “Sky Sport” telekanalında qatıldığı bir proqramda çempionatla bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, Runi cari mövsümdə ən yaxın izləyicilərini böyük fərqlə geridə qoyan “Mançester Siti”yə nəinki bu mövsüm, hətta növbəti mövsümdə də çatmağın mümkün olmayacağını deyib:
“Mançester Siti”yə cari mövsümdə çatmaq mümkün deyil. Düzünü deyim, onları haqlamaq gələn mövsümdə də çox çətin olacaq. “Mançester Siti” “Barselona”nın 4-5 mövsüm öncəki səviyyəsinə çatıb. Bunu demək mənim üçün xoş deyil, ancaq demək olar, mükəmmələ yaxın futbol oynayırlar. Pep Qvardiola “Barselona”da etdiklərini “Mançester Siti”də də təkrarlamaq üçün bünövrəni hazırlayır. Bu yayda heyətlərinə cəlb edəcəkləri 1-2 futbolçuyla bu yolda bir az da irəliləyəcəklər”.
Xatırladaq ki, “Mançester Siti” hazırda 69 xalla Premyer Liqada liderdi. “Şəhərlilər” ən yaxın izləyicisi “Mançester Yunayted”i 13 xal qabaqlayır.