"Tottenhem"in keçmiş baş məşqçisi Anj Postekoglu "Howie Games Podcast"ə verdiyi müsahibədə London klubundan qovulması ilə bağlı maraqlı və sərt açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, o, komanda ilə Avropa Liqasının qalibi olduqları gecə belə işdən çıxarılacağını hiss etdiyini bildirib.

  • Bilbaodakı qələbə və şübhələr: Avstriyalı mütəxəssis həyat yoldaşına həmin matçın son oyunu olacağını dediyini, klub rəhbərliyinin isə qələbəni qeyd etməsinə baxmayaraq, onlara tam güvənmədiyini açıq şəkildə hiss etdiyini vurğulayıb.

  • Görüşdən imtina: Deniel Levinin tətildən qayıdıb görüşmək istəyinə rədd cavabı verən Postekoglu yaxşı xəbər olsaydı tətili pozmağa ehtiyac qalmayacağını düşünərək məsələnin dərhal bitirilməsini tələb edib.