"Çelsi"nin müdafiəçisi David Luiz klubunu dəyişə bilər.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb tərəflərin yeni müqavilədə razılıq əldə etməməsidir.
Məsələ burasındadı ki, "zadəganlar"ın yaşı 30-dan çox olan oyunçu ilə 1 ildən artıq müqavilə imzalamamaq prinsipi var. Bu səbəbdən London təmsilçisi Braziliya millisinin üzvünə də 1 illik saziş təklif edib. Lakin 31 yaşlı futbolçu uzunmüddətli sözləşmə imzalamaq niyyətindədi. Əks təqdirdə, Luiz yanvardan etibarən digər klublarla danışıqlara başlayacaq.
Qeyd edək ki, David Luizin "Çelsi" ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir.