"Everton"un hücumçusu Ueyn Runi karyerasını bitirdikdən sonra məşqçi işləmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports"a açıqlamasında 32 yaşlı futbolçu özü məlumat verib. O, bildirib ki, əsas məqsədi məşqçi olmaqdır:
"Özümü məşqçi kimi sınamaq istərdim. Bütün həyatımı futbola həsr etmişəm. Telestudiyalarda görünməkdən həzz alıram və bunu gələcəkdə daha tez-tez edəcəm. Amma əsas hədəfim məşqçi olmaqdır".