Karyerasını ABŞ-ın “Di-Ci Yunayted” klubunda davam etdirən Ueyn Runi “Mançester Yunayted”dən ayrılma səbəblərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İngiltərənin “Sky Sports” nəşrinə danışan Runi bunları deyib:
“MY-də olanda son matçlarda demək olar ki, oynamırdım. Avropa Liqasının finalında bir dəqiqəlik oyuna girdim, Liqa kubokunun finalında “Sauthempton”a qarşı matçda da belə hal idi. Joze Mourinyo yanıma gəldi və məni oyuna daxil edərək, kuboku mənim qaldırmağımı istədi. Mən də “axı bu oyunda oynamadım” deyə, düşünürdüm. O an özümdən utanmışdım.
Karyeramın bir hissəsində eniş yaşayırdım. 2006/2007 mövsümü başlayanda çoxlu qol vururdum, sonra bir anda tam əksi oldu, fərqlənə bilmirdim. Buna çox üzülürdüm. Çünki futbolu çox sevirdim və qol vurmaq istəyirdim. Bir gün ser Aleks Ferqyuson yanıma gəldi və dedi ki, topu al, futbolçulara payla, cərimə meydançasına daxil ol, qol şansların artacaq. Növbəti oyunda Ferqyusonun dediklərini etdim, səhv xatırlamıramsa, həmin matçda 3 qol vurmuşdum”.
Runi 2004-2017-ci illər aralığında MY-də forma geyinib. O, “qırmızı şeytanlar”da 393 oyun keçirib və 183 qol vurub.(komanda.az)