"Liverpul"un futbolçusu az oyun şansına görə klubdan ayrılmaq istəyir.

Offsideplus.az xəbər verir ki, qapıçı Giorgi Mamardashvili “Liverpul”da kifayət qədər oyun şansı qazanmamasından narazıdır.

Məlumata görə, gürcüstanlı qapıçı aldığı az dəqiqələr səbəbindən məyusdur və hazırda klubdan ayrılmaq variantını ciddi şəkildə nəzərdən keçirir.

"Liverpul" ilə bağlı gələcək qərarın mövsümün gedişatından və məşqçilər heyətinin planlarından asılı olacağı bildirilir.