“Liverpul” klubu baş məşqçi postu ilə bağlı planlarını aktivləşdirib.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi artıq Xabi Alonsonun nümayəndələri ilə ilkin əlaqə saxlayıb.

Məlumata görə, ispan mütəxəssisin hazırda fasilədə olmasına baxmayaraq, tərəflər arasında baş tutan təmaslara müsbət cavab verildiyi bildirilir. Bu da “Liverpul” rəhbərliyinin Alonso variantını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.