“Çelsi”nin futbolçusu Alvaro Morata klubun saytına açıqlama verib.

Offsideplus.az  xəbər verir ki, ispaniyalı forvard komanda yoldaşı Eden Hazard haqda danışıb:

“Hazard dünyanın ən yaxşı futbolçusudur. Onu dayandırmaq çox çətindir. “Çelsi”də oynadığı üçün çox şanslıyıq. Onunla heç vaxt rəqib olmaq istəməzdim. Ümid edirəm ki, o, uzun müddət bizimlə, burda qalacaq”.

Hazard cari mövsümdə “Çelsi” formasıyla çıxdığı 13 qarşılaşmada 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Morata isə iştirak etdiyi 15 qarşılaşmada 6 dəfə qol vurmağı bacarıb.