“Arsenal”ın baş məşqçisi Mikel Arteta oyunu öz nəzarətinə almaq üçün tətbiq etdiyi fərqli və yaradıcı üsullarla tanınır.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin komanda daxilində motivasiya və diqqəti artırmaq məqsədilə istifadə etdiyi bəzi metodlar maraq doğurur.

Arteta məşqlər zamanı “Enfild” stadionundakı ab-havanı hiss etdirmək üçün dinamiklər gətirərək “You Never Walk Alone” mahnısını səsləndirib. Soyunub-geyinmə otağında isə birlik rəmzi kimi bir lampanı nümayiş etdirərək futbolçulara “təkbaşına bir lampa heç nədir, yalnız birləşəndə işıq saçır” mesajını verib.

O, klubun tarixi və köklərini simvolizə etmək üçün iclaslara kiçik zeytun ağacı da gətirib. Komanda şam yeməklərindən birində isə peşəkar cibgirlər tutaraq futbolçuların telefon və pulqabılarını gizlicə oğurladıb, gecənin sonunda bunu açıqlayaraq hər an ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.

Komanda toplantılarında limonu sıxaraq “həmişə bir az da artıq vermək olar” mesajını çatdıran Arteta, məşqlərə iri domino daşları da gətirib ki, bir səhvin bütün sistemi poza biləcəyini göstərsin.

Bundan əlavə, “Arsenal” standart vəziyyətləri gücləndirmək məqsədilə aut atışları üzrə mütəxəssis Tomas Grønnemarki də heyətə cəlb edib.

Bu qeyri-ənənəvi yanaşmalar Artetanın “Arsenal”da uğur axtarışında psixoloji və taktiki detallara necə önəm verdiyini bir daha göstərir.