"Qalatasaray" və "Fənərbağça" "Tottenhem"in hücumçusu Matis Tellə maraqlanır.
Offsideplus.az xəbər verir ki, onlar fransalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırırlar.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Fransa klubu "Paris" də onu heyətinə cəlb etmək istəyir.
M. Tel 2025-ci ilin fevralından "Tottenhem"də çıxış edir.
20 yaşlı hücumçu cari mövsüm 19 oyunda 3 qol vurmağı bacarıb.



