Almaniyanın "FK Köln" klubunda son günlər qarışıqlıq davam edir.

Offsideplus.az xəbər verir ki, ötən şənbə günü azarkeşlər baş məşqçi Lukas Kvasnioku istefaya çağırmaq üçün “Kvasni Yok” yazılı pankartla stadionu doldurublar.

Eyni vaxtda Kvasniokun klubun Milad partisi zamanı bir şüşə vodka içərək 22 yaşlı təcrübəçi ilə ortadan itdiyi iddia olunur.

Həmin gecə oyunçusu Luka Valdşmidtin başqasının həyat yoldaşı ilə flört etməyə çalışdığı söylənilir.

"Haydenhaym" oyununda Valdşmidt və Kainz gözlənilmədən əsas heyətdə yer almayıb, El Mala ehtiyatda başlamışdı.

Bəzi oyunçuların bu vəziyyətə reaksiya verdiyi bildirilir.

Klub rəhbərliyi isə məşqçinin arxasında durur və məlumatların bəzilərinin oyunçular tərəfindən məqsədli şəkildə mediaya sızdırıldığını düşünür.

"Köln" komandası son 7 oyunda yalnız 2 xal toplaya bilib.

Çərşənbə axşamı isə öz meydanında "Bayern Münhen" ilə qarşılaşacaq.