“Real Madrid”in sabiq baş məşqçisi Xabi Alonsonun komandadan getməsinin detalları bəlli olur.
Offsideplus.az xəbər verir ki, o, rəhbərliyə komandadakı futbolçuların eqoist davranışlarından və göstərdikləri hörmətsizlikdən tükəndiyini bildirib.
Son həftələrdə bu hörmətsizliyin daha da artdığı vurğulanır. Alonso, həmçinin, son aylarda klub rəhbərliyindən də lazımı dəstəyi ala bilmədiyini hiss edib.



