“Real Madrid” klubu rəsmi bəyanatla çıxış edərək baş məşqçi Xabi Alonso ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyulduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, klubun məlumatında bildirilir ki, Xabi Alonso “Real Madrid” üçün hər zaman xüsusi yerə sahib olacaq. O, madridlilər üçün əfsanəvi futbolçu kimi yadda qalıb və çalışdığı müddət ərzində klubun dəyərlərini layiqincə təmsil edib. Açıqlamada vurğulanıb ki, “Real Madrid” hər zaman onun evi olacaq.

Paytaxt təmsilçisi Xabi Alonsoya və onun məşqçi heyətinə bu müddət ərzində göstərdikləri əməyə və fədakarlığa görə təşəkkür edib, yeni həyat mərhələlərində uğurlar arzulayıb.