Argentinalı futbolçu Anxel Di Mariya cari mövsümün sonunda "Benfika"dan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klub rəsmi saytından məlumat yayıb.
Di Mariya 2023-cü ildən "Benfika"da çıxış edir. O, daha öncə 2007-10-cu illər arasında da "qartallar"ın formasını geyinib.
O, cari mövsüm 39 oyunda 15 qol vurub və 10 məhsuldar ötürmə edib.