"Mançester Siti" "Portu"nun ulduz futbolçusu üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" Niko Qonzalezin transferində qərarlıdır.
Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.
Premyer Liqa nəhəngi 23 yaşlı oyunçunun keçidi üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2024/25 mövsümündə 29 oyuna çıxıb və 7 qola, 6 məhsuldar ötürməyə imza atıb.