"Portu" heyətini yeni futbolçu ilə gücləndirir.
Offsideplus.az xəbər verir ki, Portuqaliya klubu "Strasburq"un oyunçusu Qonçalo Borgesi transfer etməyi planlaşdırır. Bu barədə "L'Equipe" məlumat yayıb.
23 yaşlı hücumçunun keçidi artıq tamamlanmaq üzrədir.
Qeyd edək ki, Borges 2024/25 mövsümündə meydana çıxdığı 23 oyunda 2 qola və 3 məhsuldar ötürməyə imza atıb.