"Portu"nun oyunçusu 3 klubun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, İvan Xayme İspaniya və Almaniya təmsilçilərinin diqqətini üzərinə çəkib. Bu barədə "SIC Noticias" məlumat yayıb.

"Jirona", "Sevilya", "Ayntraxt" futbolçunun xidmətində maraqlıdır.

24 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə hazırki komandası ilə meydana çıxdığı 15 oyunda 4 qola, 2 məhsuldar ötürməyə imza atıb.