"Benfika"nın futbolçusu Kerem Aktürkoğlunun sosial media hesabında İsrailin Fələstinə hücumları ilə bağlı paylaşımı Portuqaliya mətbuatında manşet olub.
Offsideplus.az xəbər verir ki, məşhur "Record" nəşri Kərəmin paylaşımına dəstək olaraq onun "qırğına son verilməlidir" ifadəsini qəzetin ilk səhifəsində yayınlayıb.
Aktürkoğlunun sosial media hesabındakı paylaşımı da trend mövzusuna çevrilib, minlərlə şərh və bəyənmə gəlib.